Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət sərhədində növbəti təxribat törədən düşmən öz avtomobil texnikasını yandıraraq geri çəkilib

12.02.2018 [11:34]

Xəbərin mətni
Müdafiə Nazirliyi bildirir ki, fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edən düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib. Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus “UAZ” markalı avtomobil texnikası bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI