Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkə ərazisində hava yağıntılı olacaq

13.02.2018 [12:59]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 14-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.