SİYASƏT


Türkiyə televiziyasında Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb

Türkiyənin nüfuzlu xəbər kanallarından olan “Ülke TV” Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb. Süjetdə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında önəmli fikirlər səsləndirdiyi bildirilir. 2003-cü ildə Azərbaycan xalqının böyük əksəriyyətinin dəstəyi ilə Prezident seçilən İlham Əliyevin gördüyü işlərin hər zaman diqqəti cəlb etdiyi vurğulanır. Qeyd edilir ki, ötən 14 il ərzində Azərbaycan iqtisadi və siyasi sahələrdə böyük inkişafa nail olub.