SİYASƏT


“Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Rəna Mirzəzadə qeyd edib ki, konfransın keçirilməsində məqsəd 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunmasıdır. Həmçinin tədbirin keçirilməsinin daha bir məqsədi bu ilin aprelində keçiriləcək prezident seçkilərində qadınları fəal iştiraka dəvət etməkdir.