Lənkəranın Jidi kəndində torpaq sürüşməsi baş verib
14.02.2018 [17:39]
Xəbərin mətni
Torpaq sürüşməsi kənddəki avtomobil yolunun 100 metrlik hissəsini əhatə edib. Lay torpaq qatının sürüşməsi zamanı dağ yolu keçilməz hala düşüb. Yolda 1 metr enində çatlar əmələ gəlib. Bu yol Gəgiran kəndi ilə rayonu birləşdirən yeganə avtomobil yolu olduğundan həmin kəndlə nəqliyyat əlaqəsi kəsilib.