İDMAN


“Pxençan-2018”-in ən çılğın azarkeşləri: Şimali Koreyalı fanlar internetdə izləmə rekordu qırır

“Pxençan-2018” Qış Olimpiya Oyunlarında öz idmançılarına azarkeşlik edən Şimali Koreyadan gələn fan qızlar sosial şəbəkələrdə fenomen oldu. Xorla mahnı oxuyan, yerlərindəcə milli rəqs ifa edən şimallı azarkeşlərin görüntülərini internetdə tribunada əyləşən digər azarkeşlər yayıb. İnternetdə rekord qıran bu görüntülər “Pxençan-2018”-in ən yaxşı azarkeş salamı kimi qiymətləndirilir.