SİYASƏT


Hikmət Hacıyev: Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması şəraitində sülhdən danışması açıq riyakarlıqdır

Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam edir. AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın xüsusi xidmət orqanlarının “Dünya üzrə təhdidlərin qiymətləndirilməsi” adlı hesabatında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar əks olunmuş məsələlərə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.