Azərbaycan Dövlət İnformasiya Agentliyi

Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb

19.02.2018 [12:02]

Xəbərin mətni
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 43 santimetrə çatıb. Bundan başqa, Qubanın Qırız kəndində (40 sm), Qonaqkənddə (20 sm), Qusarın Ləzə kəndində (31 sm) və Xızının Altıağac qəsəbəsində (16 sm) də yağıntının miqdarı çox olub. Quba və Qusarın mərkəzinə isə 3-4 santimetr qar yağıb.