İstanbulda Azərbaycan Dostluq Parkının və Xocalı soyqırımı abidəsinin açılışı olub
26.02.2018 [14:21]
Xəbərin mətni
Fevralın 25-də İstanbul şəhərinin Bağcılar rayonunda böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı olub. Çıxışında “böyük Ermənistan” xülyasının ayrı-ayrı istiqamətləri barədə geniş məlumat verən Əli Həsənov qeyd edib ki, Xocalı soyqırımı zaman-zaman öz məqsədlərinə çatmaq üçün ermənilərdən xalqlarımıza qarşı istifadə edən böyük güclərin maraqlarının daha bir göstəricisi, XX əsrin ən ağır bəşəri faciələrindən biridir.