Azərbaycanlı gənclər Avropa Parlamentindəki erməni təbliğat maşınına daha bir zərbə vurdular
01.03.2018 [11:29]
AZƏRTAC xəbər verir ki, işğal edilmiş ərazilərimizə qanunsuz səfər etdiyinə görə Azərbaycan tərəfindən axtarışa verilmiş AP üzvlərinin ev sahibliyi və Brüsseldəki erməni lobbi təşkilatlarının dəstəyi ilə Dağlıq Qarabağa dair Avropa Parlamentinin binasında propaqanda tədbirinin keçirilməsi planlaşdırılıb. Qeyd edək ki, bu AP üzvləri, həmçinin Avropa Parlamentində fəaliyyət göstərən Aİ-Ermənistan dostluq qrupunun rəhbərliyində yer alırlar.