Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kronberqdə “Təhlükəsizlik siyasəti” silsiləsindən növbəti tədbir keçirilib

01.03.2018 [14:32]

Xəbərin mətni
Almaniyanın Kronberq şəhərində Alman Atlantik Cəmiyyətinin və Schlosshotel Kronberqin birgə təşkilatçılığı ilə “Təhlükəsizlik siyasəti” silsiləsindən növbəti tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan-Almaniya münasibətlərinə həsr olunmuş budəfəki tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov əsas natiq qismində çıxış edib.