İDMAN


Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakıda veloyürüş keçirilib

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş keçirilib. AZƏRTAC xəbər verir ki, Şəhidlər xiyabanından start götürən veloyürüşə ümumilikdə 50-dən çox iştirakçı, o cümlədən federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin üzvləri və həvəskar velosipedçilər qatılıblar. Veloyürüş Fəvvarələr meydanında başa çatıb.