İDMAN


Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib

AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə idman ictimaiyyətinin nümayəndələrinə təbriklərini çatdırıb. Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsinin ölkəmizin idman tarixində əlamətdar hadisə olduğunu bildirən nazir müstəqil Azərbaycanda uğurlu idman strategiyasının təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda bu strategiya dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.