Azərbaycan Qran-Prisi virtual “Oskar” alıb
05.03.2018 [19:11]
Formula 1-in sosial şəbəkələrdə keçirdiyi virtual “Oskar” müsabiqəsinin qalibləri elan edilib. Ən yaxşı film mükafatına Azərbaycan Qran-Prisi layiq görülüb. Yarış Sebastian Vettelin Lyuis Hamiltonla toqquşması, qırmızı bayraqlar və Lens Strolun podiumu ilə yadda qalıb.