Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Od çərşənbəsidir

03.03.2020 [09:00]

Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyirlər. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.