Sabah Bakıda 15 dərəcə isti olacaq
06.03.2018 [12:17]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.