Ölkə ərazisində havanın temperaturu 20 dərəcəyə yüksələcək
07.03.2018 [13:54]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7°, gündüz 11-16°, bəzi yerlərdə 19° isti, Bakıda gecə 5-7°, gündüz 15-17° isti olacağı gözlənilir.