İDMAN


AFFA-nın XXV konfransı keçirilib

Tədbirdə futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki uğurlu çıxışından bəhs edən videoçarx nümayiş olunub. AFFA-nın prezidenti Rövnəq Abdullayev ötən il futbolun inkişafı istiqamətində görülən işlərdən danışaraq deyib: “Hesabat dövründə “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi çox sevindirici oldu. Bundan əlavə, Bakı 2019-cu ildə UEFA Avropa Liqasının final qarşılaşmasına ev sahibliyi etmək hüququ qazanıb.