İDMAN


AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Martın 7-də Bakıda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev futbol veteranı, uzun illər SSRİ çempionatının güclülər dəstəsində, habelə beynəlxalq oyunlarda hakimlik etmiş Rüstəm Rəhimovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona üzərində R.Rəhimov 70 yazılmış simvolik hakim forması təqdim olunub.