Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Elxan Məmmədov: AFFA danışılmış oyunlara qarşı ciddi tədbirlər görür

07.03.2018 [17:37]

Xəbərin mətni
AFFA-nın İcraiyyə Komitəsində yeddi məsələ müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən, Zeynal Zeynalov çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Çimərlik mövsümünün açılmasına az vaxt qalıb. Buna görə də bu təyinatın məqsədəuyğun olduğunu hesab edirəm. AZƏRTAC xəbər verir ki, bu sözləri martın 7-də təşkil olunan mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.