MƏDƏNİYYƏT


8 mart – Beynəlxalq Qadınlar Günüdür

Bu gün bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi elan edilib. Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır