Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəzi rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacaq

10.03.2018 [13:13]

Martın 11-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.