Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın şimal rayonlarına 7 santimetrədək qar yağıb

12.03.2018 [10:25]

Xəbərin mətni
Martın 12-si gecə saatlarından başlayaraq Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dağlıq ərazilərdə temperatur mənfi 6 dərəcəyədək aşağı düşüb. Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 2-7 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb.