Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtona səfər edən hərbi cani Bako Saakyana qarşı etiraz aksiyası keçirilib

15.03.2018 [09:05]

Xəbərin mətni
Xəbər verildiyi kimi, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi təqdim edən Bako Saakyan ABŞ-ın paytaxtı Vaşinqtona səfər edib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın Ermənistan və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı martın 14-də ABŞ Konqresinin Kannon binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirilib.