SİYASƏT


Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib

Görüşdə Bakı Bəyannaməsi qəbul edilib. Nazirlər regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadiyyat, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.