SİYASƏT


“Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” mövzusunda panel iclası keçirilib

Altıncı Qlobal Bakı Forumunun ikinci iş günündə “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” mövzusunda panel iclası keçirilib. AZƏRTAC xəbər verir ki, panel iclasının moderatoru Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi, Misirin sabiq xarici işlər naziri Əmir Musa mövzunun xüsusi aktuallıq kəsb etdiyini söyləyərək əsrin sülh modelinin düşünülməli, boşluqların doldurulmalı olduğunu vurğulayıb.