MƏDƏNİYYƏT


Şəkili sənətkar: Şəbəkə sənətində yeniliklər etməyi xoşlayıram

Şəki sənətkarlarının qədim sənət ənənələrini uğurla davam etdirən, şəbəkə sənətinə gətirdiyi yeniliklərlə nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda da çox yaxşı tanınan şəbəkə ustası Hüseyn Hacımustafazadə bu günlərdə daha bir yeniliyə imza atıb. Ötən il Azərbaycanın qədim musiqi alətlərindən olan kamançanın çanaq hissəsini kürəşəkilli şəbəkə üsulu ilə hazırlamaqla, qədim musiqi alətimizə yeni forma, gözəllik verən Hüseyn usta bu dəfə bu ideyanı milli musiqi alətlərimizdən olan tar və qaval üzərində davam etdirib.