MƏDƏNİYYƏT


Sehrli Azərbaycan musiqisi Sıçuanda

Müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində Çinin Sıçuan vilayətinin inzibati mərkəzi olan Çendu şəhərində konsert proqramı təşkil olunub. AZƏRTAC xəbər verir ki, ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyinin Sıçuan vilayət hökumətinin dəstəyi ilə təşkil etdiyi konsert “Sehrli Azərbaycan musiqisi Sıçuanda” adlanıb.