MƏDƏNİYYƏT


Vaşinqtonda Novruz bayramı qeyd edilib

Vaşinqton şəhərinin məşhur və tarixi Meridian Beynəlxalq Mərkəzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirliklərinin təşəbbüsü ilə Novruz bayramı geniş şəkildə qeyd olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, Amerika ictimaiyyətinin üzvləri, habelə ABŞ administrasiyasının və Konqresin rəsmiləri iştirak ediblər.