Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb

18.09.2026 [19:45]

Xəbərin mətni

Atropatena eramızdan əvvəl 612-ci ildə yaranıb. Roma tarixçisi Ammian Marsellin, həmçinin Karkı de Bet Slokun Suriya xronikasında yazılır ki, Atropatena Assuriya imperiyası dağılanda yaranıb. Karkı, yəni Kərx deməkdir. Amma bizim elmdə belə qəbul olunur ki, Atropatena İsgəndərin imperiyası dağılanda yaranıb. Assuriya imperiyası da eramızdan əvvəl 612-ci ildə süqut edib. Bu sözləri Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, görkəmli ictimai və siyasi xadim Həsən Həsənov “Qafqaz Albaniyası haqqında Həsən Həsənovun Azərbaycan - tarixi- coğrafi atlas"ından çıxarışlar mövzusunda keçirilən seminarda çıxışı zamanı söyləyib.