MƏDƏNİYYƏT


Beynəlxalq Türk Akademiyasında qədim Novruz ənənələri nümayış olunub

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan süfrəsi açılıb, türk xalqlarının Novruz ənənələri nümayiş olunub. Azərbaycan və Macarıstan səfirlərinin, digər ölkələrdən diplomatik təmsilçilərin, beynəlxalq təşkilatların üzvlərinin, Qazaxıstanın aparıcı ictimai xadimlərinin və türkdilli xalqların nümayəndələrinin iştirak etdikləri tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, Novruz tarixin dərinliklərindən gələn və günümüzə qədər yaşadılan türk dünyasının ortaq milli bayramıdır.