Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağstafalı sənətkar əl işlərindən ibarət sərgi təşkil etmək niyyətindədir

25.03.2018 [11:35]

Xəbərin mətni
Ağstafa sakini taxtadan bir-birindən gözəl əl işləri hazırlayır. 55 yaşlı sənətkar taxtadan müxtəlif bəzək və məişət əşyaları, həmçinin çıl-çıraqlar və saatlar düzəldir. Ərsəyə gətirdiyi nümunələr sadəliyi ilə seçilsə də, maraqla qarşılanır. Böyük zəhmətlə başa gələn əl işləri davamlılığı və keyfiyyəti ilə də fərqlənir.