Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” prezident seçkiləri ərəfəsində keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb

27.03.2018 [14:26]

Xəbərin mətni
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycanda prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə cari ilin fevral-mart aylarında ölkənin 68 rayonunda (Naxçıvan Muxtar Respublikasının ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla) 1580 respondentin rəy sorğusunu keçirib.