CƏMİYYƏT


İrandan Azərbaycana gizli yollarla narkotik vasitə keçirən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Sabunçu rayon sakini Çingiz Mansurovun İrandan Azərbaycana narkotik maddə keçirməsi barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərindən 51,42 qram, mənzilindən isə 123,42 qran heroin aşkarlanaraq götürülüb.