Güclü külək sabah da davam edəcək
30.03.2018 [12:14]
Sutka ərzində paytaxtda və ölkə ərazisində güclü şimal-qərb küləyi əsəcək, arabir yağış yağacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.