CƏMİYYƏT


Xınalıqda qarın hündürlüyü 26 santimetrə çatır

Martın 30-u axşam saatlarından başlayaraq Quba və Qusar rayonları ərazisinə qar yağıb. AZƏRTAC xəbər verir ki, dağlıq yaşayış məntəqələrində qarın hündürlüyü 26 santimetrə çatıb. Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 1-6 dərəcəyədək aşağı düşüb.