SİYASƏT


Minlərlə soydaşımız Quba Soyqırımı Memorial Kompleksinə yürüş edib

Martın 31-də 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Qubada Soyqırımı Memorial Kompleksinə yürüş təşkil olunub. Yürüşdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları və ölkəmizin bütün bölgələrindən vətəndaşlar iştirak ediblər.