Lənkəranda ağır yol qəzası - 6 nəfər ölüb, 2 nəfər yaralanıb
31.03.2018 [20:38]
Xəbərin mətni
Lənkəranda baş verən ağır yol qəzasında 6 nəfər ölüb, 2 nəfər yaralanıb. Rayonun Gərmətük kəndi ərazisində qeydə alınan qəza zamanı "Shacman" markalı yük avtomobili ilə "Mitsubishi" markalı minik maşını toqquşub. Nəticədə üçü qadın və üçü kişi olmaqla, 6 nəfər Ləj kənd sakini ölüb. Bir azyaşlı oğlan və yük maşınının sürücüsü isə xəsarət alıb.
Video: YouTube