CƏMİYYƏT


Sabah 14 dərəcə isti gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti təşkil edəcək.