CƏMİYYƏT


Azərbaycanlı tələbələrin İtaliya cəmiyyətinə inteqrasiyası layihəsi çərçivəsində yekun görüş keçirilib

Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) təşkilatçılığı ilə Romada həyata keçirilən “Azərbaycanlı gənclərin İtaliya cəmiyyətinə və siyasi dairələrinə inteqrasiyası” layihəsi çərçivəsində yekun görüş keçirilib. AİGA-nın həmsədri Emin Rüstəmovun moderatorluğu ilə keçirilən görüşdə İtaliyada uzun illər yaşayan və bu ölkədə müəyyən karyeraya sahib olan həmvətənlərimiz azərbaycanlı tələbələrlə iş təcrübələrini bölüşüblər.