SİYASƏT
Kanadada 200-ə yaxın soydaşımız aksiya keçirdi
04.04.2018 [13:15]
Kanadanın Toronto şəhərinin "Dandas Square" mərkəzi meydanında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə aksiya keçirilib.
Bu barədə AZƏRTAC-a Kanadada fəaliyyət göstərən EL TV-dən məlumat verilib. Bilidirilib ki, "Azerbaijani Canadian Association"un (ACA) təşkilatçılığı ilə keçirilən etiraz aksiyasında Toronto və ətraf şəhərlərdə yaşayan azərbaycanlı və türk icmasının 200 nəfərə yaxın nümayəndəsi iştirak edib. 3 saata qədər davam edən aksiya zamanı şəhərin sakinlərinə və qonaqlarına erməni hərbi birləşmələrinin 1918-ci ildə azərbaycanlıların başına gətirdiyi hadisələr, həyata keçirdikləri soyqırımı aktı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında məlumat verilib, bukletlər paylanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
18.03.2023 [22:47]
18.03.2023 [22:18]
26.03.2023 [16:14]
25.03.2023 [09:02]
15.03.2023 [16:07]
08.03.2023 [16:49]
24.03.2023 [09:34]
26.03.2023 [18:49]