MƏDƏNİYYƏT


Bakıda 17-ci “AITF 2018” sərgisi keçiriləcək

Aprelin 5-dən 7-dək Bakı Ekspo Mərkəzində regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan 17-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2018”) sərgisi keçiriləcək. Bu sərgi turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrini yenidən bir araya toplayacaq və regionun, həm daxili, həm də xarici turizm dinamikasını təqdim edəcək. Xəzəryanı regionun turizm sənayesinin bu əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin bağlanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.