Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmaz sakini həyətində 500 növdən çox bitki becərir

09.04.2018 [14:54]

Xəbərin mətni
İxtisasca aqronom olan Qurban Həsənoğlu 20 ilə yaxındır dekorativ bitkilərə maraq göstərir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz sakini həyətyanı sahəsində 500 növdən çox dekorativ bitki, kol və ağac becərir. Bağban bildirib ki, bu bağça onun mənəvi istirahət yeri olmaqla yanaşı, həm də gəlir mənbəyidir.