MDB PA-nın müşahidəçiləri Azərbaycanda keçirilən prezident seçkilərini izləməyə başlayıblar
11.04.2018 [09:00]
MDB Parlamentlərarası Assambleyasının missiyası Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etməyə başlayıb. AZƏRTAC xəbər verir ki, müşahidəçilər qrupunun əlaqələndiricisi, Rusiyanın Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanov əvvəlcə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsinə baş çəkib, orada yaradılan şəraitlə tanış olub.