Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məzahir Pənahov: Seçki məntəqələrinin sahibi seçicidir

11.04.2018 [09:03]

"Bu gün biz gözləməliyik ki, Azərbaycan seçicisi öz hüququndan istifadə etməklə səsvermədə iştirak etsin. Bütün seçki məntəqələrində seçicilərin azad şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb. Bütün bu subyektlərin hamısı Azərbaycan seçicisinə xidmət edir. Seçki komissiyaları da daxil olmaqla bütün qurumların fəaliyyəti ancaq və ancaq seçicilərin konstitusion hüququnun yerinə yetirilməsinə xidmət etməlidir". AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.