Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin vaxtı ilə saat 12:00-dək Pekindəki məntəqədə seçicilərin 24,3 faizi səs verib

11.04.2018 [09:25]

Xəbərin mətni
Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Çin Xalq Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 12:00-dək adları seçici siyahısında olan vətəndaşların təxminən 25 faizi səsvermə hüququndan istifadə edib. Məntəqə seçki komissiyasından bildiriblər ki, bu saatadək heç bir qanun pozuntusu qeydə alınmayıb.