Məntəqələr tam tərkibdə və vaxtında fəaliyyətə başlayıb, səhər saatlarından seçici fəallığı müşahidə olunmaqdadır
11.04.2018 [11:54]
Saat 8.00-da ölkəmizin bütün ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır.Səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 5426-sı daimi fəaliyyət göstərir, 215-i Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə yaradılmış məntəqələrdir.