Astanada Azərbaycan prezidenti seçkiləri davam edir
11.04.2018 [12:41]
Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycanın bu ölkədəki səfirliyində yaradılmış 17 saylı III seçki dairəsi 45 saylı seçki məntəqəsində yerli vaxtla saat 13:00-dək seçicilərin 28 faizi səs verib.
AZƏRTAC bildirir ki, seçki məntəqəsində saat 13:00-dək adları seçici siyahısında olan 160 vətəndaşımız səsvermə hüququndan istifadə edib. Heç bir qanun pozuntusu qeydə alınmayıb.