Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyanada yaradılan seçki məntəqəsində səsvermə prosesində fəallıq müşahidə olunur

11.04.2018 [17:52]

Aprelin 11-də yerli vaxtla saat 12.00-a olan məlumata görə, Azərbaycanın Avstriyadakı səfirliyində yaradılan 17 saylı Yasamal üçüncü seçki dairəsinin 36-cı seçki məntəqəsində seçicilərin 27,5 faizi (22 nəfər) səs verib. Məntəqə seçki komissiyasından AZƏRTAC-a bildirilib ki, məntəqədə Avstriyada və səfirliyin akkreditə olunduğu Sloveniya və Slovakiyada yaşayan, eləcə də hal-hazırda Avstriyada ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşlarının səsvermədə iştirakı üçün bütün şərait yaradılıb.