Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Almaniyadakı səfirliyində səsvermə başa çatıb

11.04.2018 [21:10]

Azərbaycan Respublikası Prezidenti seçkiləri günü ilə əlaqədar ölkəmizin Almaniya Federativ Respublikasındakı səfirliyində yaradılmış seçki məntəqəsində yerli vaxtla saat 8:00-da səsverməyə start verilib. Seçki siyahısına daxil edilmiş Azərbaycan Respublikası vətəndaşlarının yaşadıqları ünvanlara Səfirlik tərəfindən poçt vasitəsilə bildiriş vərəqələri göndərilib və onlar seçkilər günü Səfirliyə gələrək öz şəxsiyyət vəsiqələri və ya pasportları əsasında seçkilərdə iştirak etməyə dəvət olunublar. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində konsulluq qeydiyyatında olan, müvəqqəti və daimi yaşayan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Diplomatik nümayəndəlik zəruri avadanlıqla təchiz olunub. Səsvermə prosesi başladığı andan etibarən, seçicilərin aktiv şəkildə iştirakı müşahidə olunub və səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb.